...

Virciniya Azərbaycan Evi Xocalı soyqırımı qurbanlarını anıb (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2025 18:17 (UTC +04:00)
Virciniya Azərbaycan Evi Xocalı soyqırımı qurbanlarını anıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Virciniya ştatının Feyrfaks şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ABŞ-nin Virciniya ştatındakı Azərbaycan Evinin təşkilatçılığı ilə “Cinema Arts Theatre” kinoteatrında keçirilən tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Türkiyə və Azərbaycanın ABŞ-dəki Səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.

Anım tədbirində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Eyni zamanda Milli Qəhrəman Natiq Qasımov haqqında olan “Oğul” sənədli filmi, 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz barədə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmi nümayiş göstərilib.

Tədbirdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırımını törədənlərin ifşa olunması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Prezident İlham Əliyev, Birinci vitse - prezident Mehriban Əliyevanın gördüyü işlərdən danışılıb. Bildirilib ki, dünya ölkələri tərəfindən bu qətliama beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymət verilməli və bu cinayətin təşkilatçıları cəzalandırılmalıdır.

Qeyd edək ki, 5 günlük Xocalı həftəsi çərçivəsində tədbir iştirakçılarına soyqırımı faktlarını əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb.

Xəbər lenti

Xəbər lenti