...

Avropa Komissiyası "yaşıl iqtisadiyyata" keçid üçün 100 milyard avro investisiya təklif edib

Dünya xəbərləri Materials 26 Fevral 2025 21:00 (UTC +04:00)
Avropa Komissiyası "yaşıl iqtisadiyyata" keçid üçün 100 milyard avro investisiya təklif edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Avropada sənaye və enerji sektorlarında yaşıl texnologiyaların tətbiqi üçün ümumilikdə 100 milyard avro həcmində dövlət-özəl investisiyaların cəlb olunmasını nəzərdə tutan yeni plan təklif edib.

Trend xəbər verir ki, bu barədə Avropa komissiyasının saytında dərc olunan “Avropa İttifaqında rəqabətədavamlılığın artırılması və karbonsuzlaşdırma üçün təmiz sənaye planı” adlı sənədlər paketində deyilir.

“Avropa Komissiyası Sənaye Karbon Əleyhinə Bankının yaradılmasını təklif edir. Bu banka Avropa İttifaqının İnnovasiya Fondundan, karbon kvotaları ticarəti sistemi (ETS) çərçivəsində əldə edilən gəlirin bir hissəsindən və “InvestEU” proqramının yenidən nəzərdən keçirilməsindən sonra əldə edilən vəsaitlər də daxil olmaqla, 100 milyardadək avro maliyyə cəlb etməsi nəzərdə tutulur”, - deyə Aİ Komissiyasının sənədlərində qeyd olunub.

Özəl sektordan investisiyaların cəlb olunması üçün Avropa Komissiyası Avropa İttifaqının cari illik büdcəsindən 2027-ci ilə qədər ümumilikdə 1 milyard avroya qədər maliyyə zəmanəti ayırmağa hazır olduğunu bildirib.

Məlumata görə, “yaşıl” islahatların ilk növbədə cari ildən etibarən polad istehsalatı, 2026-cı ildən etibarən isə sement istehsalatı sahələrində aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti