Bakı. Trend:
Avropanın bir sıra ölkələri atəşkəs rejiminin qorunub saxlanılmasını təmin etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır.
Trend xəbər verir ki, bunu Fransanın maliyyə naziri Erik Lombar “Bloomberg TV”yə verdiyi müsahibədə deyib.
“Biz Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Ümumi razılıq var ki, atəşkəs rejiminin qorunmasının zəmanətə alınması üçün Ukraynaya avropalı əsgərlərin göndərilməsi lazım gələcək.
Böyük Britaniya, Almaniya və Fransa buna hazırdırlar, digər Aİ ölkələri də öz töhfələrini verəcəklər. Əsgərlər atəşkəs rejiminin qüvvəyə minməsindən sonra, onu qorunub saxlanılmasını təmin etmək üçün (Ukraynaya) gələcəklər”, - deyə fransalı nazir bildirib.
Nazir ABŞ prezidenti Donald Trampın da atəşkəs rejiminə dəstək göstərməyə razılaşdığını bildirsə də, Vaşinqtonun konkret hansı addımlar atacağını açıqlamayıb.