...

Rusiya və ABŞ nümayəndə heyətləri sabah İstanbulda görüşəcək

Dünya xəbərləri Materials 26 Fevral 2025 15:33 (UTC +04:00)
Rusiya və ABŞ nümayəndə heyətləri sabah İstanbulda görüşəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyada bir araya gələn Rusiya və ABŞ-dən olan nümayəndə heyətləri sabah Türkiyənin İstanbul şəhərində görüşəcək.

Trend-in Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov Qətərin paytaxtı Dohada açıqlama verib.

Lavrov Rusiya və ABŞ səfirliklərinin normal fəaliyyətinin bərpa olunması məqsədilə nümayəndə heyətlərinin fevralın 27-də axşam saatlarında İstanbulda bir araya gələcəklərini vurğulayıb.

“Yüksək səviyyəli diplomatlarımız və ekspertlərimiz Riyadda görüşüb və əvvəlki ABŞ administrasiyasının Rusiya səfirliyinin fəaliyyətini məhdudlaşdırılmasına yönəlmiş qanunsuz addımları nəticəsində yaranan sistemli problemləri müzakirə ediblər. Sabah İstanbulda da buna bənzər bir görüş keçiriləcək”, - deyə Lavrov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti