Bakı. Trend:
İspaniya Kral Kubokunun ilk yarımfinal qarşılaşması Kataloniyada baş tutub. "Barselona" doğma meydanda Madrid "Atletiko"su ilə qarşılaşıb.
Trend xəbər verir ki, maraqlı və bol qollu keçən matçda hər iki komanda 4 qol vuraraq meydanı bərabərliklə tərk edib.
Cütlüyün cavab oyunu aprelin 2-də baş tutacaq.
Digər finalçı isə "Real Madrid" və "Real Sosyedad" arasında keçiriləcək yarımfinal qarşılaşmasının nəticəsindən sonra müəyyənləşəcək.