...

Üç ölkə 2031-ci il Asiya kubokuna ev sahibliyi etmək istəyir

İdman Materials 26 Fevral 2025 02:15 (UTC +04:00)
Üç ölkə 2031-ci il Asiya kubokuna ev sahibliyi etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan, Qırğızıstan və Tacikistan 2031-ci ildə Asiya kubokuna ev sahibliyi etmək üçün birgə müraciət edəcəklər.

Trend xəbər verir ki, üç ölkənin futbol federasiyaları bu təşəbbüslə bağlı razılığa gəliblər.

Bu təşəbbüs, heç vaxt belə mötəbər bir turnirə ev sahibliyi etməyən Mərkəzi Asiya regionu üçün futbolun inkişafı baxımından mühüm bir addım olacaq.

Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) prezidenti Rüstəm Emomali 2023-cü ildə bu təşəbbüsü irəli sürərək, regionun yüksək səviyyəli turnir keçirməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, İndoneziya, Küveyt və BƏƏ kimi ölkələr də 2031-ci ildə Asiya kubokuna ev sahibliyi etmək üçün iddialıdırlar.

Xəbər lenti

Xəbər lenti