...

Rafael Fiziyev Castin Qeyci ilə döyüşmək istəyir

İdman Materials 25 Fevral 2025 21:52 (UTC +04:00)
Rafael Fiziyev Castin Qeyci ilə döyüşmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev amerikalı Castin Qeyci ilə yenidən qarşılaşmaq niyyətindədir.

Trend xəbər verir ki, Fiziyev Las-Veqasda (ABŞ) keçiriləcək "UFC 313" turnirində Qeyci ilə döyüşmək üçün avstraliyalı Den Hakeri əvəz etməyə hazır olduğunu açıqlayıb.

Azərbaycanlı idmançı amerikalı rəqibinə revanş təklif edib. Daha əvvəl Hakerin döyüşdən geri çəkildiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, R.Fiziyev və C.Qeyci 2023-cü ilin martında "UFC 286" turnirində üz-üzə gəliblər. Üç raund davam edən döyüş hakimlərin yekdil qərarı ilə Qeycinin qələbəsi ilə başa çatıb. Bu, Fiziyevin UFC-də üçüncü məğlubiyyəti olub.

Xəbər lenti

Xəbər lenti