...

Papa Fransiskin vəziyyəti kritik, lakin stabil olaraq qalır

Dünya xəbərləri Materials 26 Fevral 2025 01:31 (UTC +04:00)
Papa Fransiskin vəziyyəti kritik, lakin stabil olaraq qalır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Papa Fransisk, ikitərəfli pnevmoniyadan əziyyət çəkməkdədir və onun vəziyyəti kritik, lakin stabil olaraq qalır.

Trend xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac-ın mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Papanın vəziyyəti kritik, lakin stabil olaraq qalır. Kəskin tənəffüs tutmalarının təkrarlanan epizodları olmayıb. Bir sıra qan parametrləri sabit qalır.”

Papa Fransisk ikitərəfli pnevmoniyanın radioloji monitorinqi üçün müntəzəm KT müayinəsindən keçib. “Proqnoz ehtiyatla təmkinli olaraq qalır,” – məlumatda qeyd edilir.

Papanın işə qayıtması dəqiqləşdirilib. Daha əvvəl bildirildiyi kimi, o, bir gün əvvəl Vatikanın dövlət katibi kardinal Pietro Parolini "iş məsələləri ilə bağlı" qəbul edib.

Xəbər lenti

Xəbər lenti