...

ABŞ 5 milyon dollara "qızıl kart" təqdim edəcək

Dünya xəbərləri Materials 26 Fevral 2025 09:00 (UTC +04:00)
ABŞ 5 milyon dollara "qızıl kart" təqdim edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ölkəyə köçmək istəyənlər üçün 5 milyon dollar dəyərində "qızıl kart" təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlama verib

Yeni proqram çərçivəsində "qızıl kart" sahibi ABŞ-da yaşamaq və işləmək hüququ əldə edəcək, həmçinin gələcəkdə vətəndaşlıq almaq imkanı qazanacaq. Bu təşəbbüs mövcud EB-5 investor viza proqramını əvəz edəcək.

ABŞ-ın Ticarət naziri Hovard Latnik bildirib ki, "qızıl kart" almaq istəyən şəxslər müəyyən yoxlamalardan keçməli olacaqlar.

Prezident Tramp proqramın təxminən iki həftə ərzində başlamasının planlaşdırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti