...

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2025 14:58 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumata verilib.

Bildirilir ki, Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Amma cəmiyyətimizi sarsıtmaq üçün xüsusi qəddarlıqla törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antirerror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa edildi, Xocalı separatçılardan təmizləndi. Bu gün Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır, firavan gələcəyin və iqtisadi tərəqqinin əsası qoyulur. Bunlar haqq-ədalətin təntənəsini nümayiş etdirir.

Artıq Xocalı qətliamından 33 il keçir. Onilliklər keçsə də, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti