Bakı. Trend:
Azərbaycanlı kursant Türkiyədə qan xərçəngindən vəfat edib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib", - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!