...

“Liverpul”un baş məşqçisi iki oyunluq diskvalifikasiya edilib

İdman Materials 26 Fevral 2025 20:44 (UTC +04:00)
“Liverpul”un baş məşqçisi iki oyunluq diskvalifikasiya edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot iki oyunluq diskvalifikasiya edilib.

Trend İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 46 yaşlı mütəxəssisin Premyer Liqada “Everton”la XV turdan təxirə salınmış matçdan (2:2) sonra hakimlərə qarşı qeyri-adekvat davranışı və təhqiredici ifadələr səsləndirməsi səbəb olub.

Qurum, həmçinin, günahını etiraf edən niderlandlı çalışdırıcını təxminən 80 min avro cərimələyib.

Qeyd edək ki, qarşılaşmanın final fitindən sonra meydanda kütləvi dava düşüb.

Xəbər lenti

Xəbər lenti