...

Fransanın bir sıra dənizaşırı ərazilərdə olması artıq neomüstəmləkəçilik kimi qəbul edilir - Deputat

Siyasət Materials 26 Fevral 2025 12:02 (UTC +04:00)
Fransanın bir sıra dənizaşırı ərazilərdə olması artıq neomüstəmləkəçilik kimi qəbul edilir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın bir sıra dənizaşırı ərazilərdə olması artıq neomüstəmləkəçilik kimi qəbul edilir.

Trend xəbər verir ki, bunu Milli Məclisdə yaradılan Korsika işçi qrupunun üzvü deputat Tural Gəncəliyev parlamentdə Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, sizin burada olmağınız o deməkdir ki, iki tərəf arasında əməkdaşlığa böyük önəm verilir.

“Əlbəttə, biz bilirik ki, Fransa bir neçə əsr müstəmləkə ipmeriyasını Afrika, Korsika, Qarib hövzəsində saxlayıb, o ərazilərdə yaşayan xalqların nümayəndələri bundan əziyyət çəkiblər. Fransa təsssüf ki, dənizaşırı ərazilərdə siyasi və iqtisadi təsirlərini qoruyub saxlayır. Fransanın rəsmi nağıllarına qarşı mübarizə aparmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti