...

RUSLAN BƏŞİRLİNİN MÜDAFİƏ KOMİTƏSİNİN ÜZVLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRİB

Siyasət Materials 8 Avqust 2005 17:20 (UTC +04:00)

Avqustun 8-də "Yeni fikir" gənclər təşkilatının sədrinin hüquqlarının müdafiəsi komitəsinin və bu təşkilatın üzvlərinin mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, R.Bəşirlinin müavini Səid Nuriyev bu məsələ ilə bağlı bəzit yeni faktların mövcud olduğu barədə məlumat verib.

O bildirib ki, bu ərəfədə Gürcüstanın "Rustavi" telekanalı ilə Ermənistanın xüsusi xidmət əməkdaşları kimi təqdim olunan şəxsləri nümayiş etdirilib. Onların hər ikisi Gürcüstan vətəndaşlarıdır. S.Nuriyev bildirib ki, bu günlərdə bu məsələ ilə bağlı Gürcüstan hökuməti rəsmi müraciətlə çıxış edib. "Biz artıq bu msələ ilə bağlı Gürcüstan hökumətinə rəsmən müraciət etmişik", - deyə o bildirib.

Tədbirdə həmçinin Ruslan Bəşirlinin vəkili Elçin Qəmbərov da iştirak edib. O bildirib ki, bu cinayət işi üzrə müdafiə artıq öz ilk nəticələrini verib. "Biz hüquq müdafiəçiləri belə hesab edirik ki, bu kaset montaj olunub və material çox bəsit formada hazırlanıb.

R.Bəşirli öh ifadələrində də bildirib ki, o, Gürcüstan vətəndaşları Merab Çibutiya və Georgi Burcanadze ilə Tbilisidə keçirilən beynəlxalq konfransda iştirakı zamanı görüşüb. Q.Burcanadze özünü Nino Burcanadzenin çox yaxın qohumu kimi təqdim edib və Azərbaycanda demokratiyanın inkişafı üçün pul təklif edib və sonuncu da bunu səmimi qəbul edib. Sonra R.Bəşirli 1500 min dolları geri qaytarıb, 500 dollar isə Osman Əlimuradova verildiyinə görə qaytarılmayıb",- deyə o bildirib.

Vəkil həmçinin qeyd edib ki, bu iki gürcü vətəndaşını məsuliyyətə cəlb etmək üçün onlar Gürcüstan hökumətinə rəsmən müracitə ediblər.

Xəbər lenti

Xəbər lenti