BMT-nin İnkişaf Proqramının insan inkişafına dair illik məruzəsində Azərbaycanın 101-ci yerdə olması bugünkü vəziyyəti əks etdirmir, belə ki, o, ötən 2-3 ilin statistikası əsasında hazırlanıb. Trend in xəbər verdiyi kimi, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndircisi Marko Borsotti BMT İP-nin bu yaxınlarda açıqlanmış hesabatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, MDB ölkələrində son ilin nəticələri yeni metodologiya əsasında hazırlandığından, bir sıra Birlik ölkələri müəyyən tənəzzülə uğrayıb. Lakin bu statistika həmin ölkələrin inkişafında geriləyişin müşahidə olunduğu halda, Azərbaycanın inkişaf etməsi faktı ilə ziddiyyət təşkil etmir", - deyə M.Borsotti bildirib.
Xatırladaq ki, BMT-nin İP-nin illik hesabatında Azərbaycan 101-ci, Ermənistan 83-cü, Gürcüstan isə 90-cı yerdədir.