...

Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Blokundan çıxıb

Siyasət Materials 22 Noyabr 2005 18:48 (UTC +04:00)

"Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Blokundan çıxmaq barədə noyabrın 22-də Siyasi Şurada qərar qəbul edib". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, bununla bağlı AQB-yə müraciət ediblər: "Blokdan çıxmaq barədə Siyasi Şurada qəbul edilən qərar partiyanın Baş Məclisində təsdiq olunmalıdır".

Bundan sonra fəaliyyətlərini müstəqil şəkildə davam etdirəcəklərini deyən T.Kərimli zərurət yaranarsa, hansısa siyasi blokda birləşə biləcəklərini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti