...

Ziya Məmmədov: Mayda Qars–Axalkalaki– Tbilisi – Bakı layihəsi üzrə nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Siyasət Materials 31 Mart 2006 16:15 (UTC +04:00)
Ziya Məmmədov: Mayda Qars–Axalkalaki– Tbilisi – Bakı layihəsi üzrə nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Türkiyənin Yuksel Domonik şirkəti Qars-Axalkalaki- Tbilisi - Bakı marşrutu üzrə dəmiryolunun açılışı layihəsinin texniki-iqtisadi hazırlığını başa çatdırıb və onu bütün iştirakçı tərəflərə baxılmaq üçün təqdim edib. Trend in ANS telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə martın 31-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Layihənin yekun dəyəri $400 mlndur. Bu ilin mayında hər üç ölkənin nəqliyyat nazirləri səviyyəsində bu layihənin təsdiqlənməsi ilə bağlı görüşü keçiriləcək. Z.Məmmədovun sözlərinə görə, görüş zamanı layihənin TİƏ-nın təsdiqlənməsi gözlənilir.

Tikintisi zəruri olan yolun uzunluğu 98 km təşkil edir ki, bunun 30 km Gürcüstanın, 68 km isə Türkiyənin payına düşür.

Xəbər lenti

Xəbər lenti