...

Azərbaycan XİN başçısı Avstriya Ali Məhkəməsinin sədrini qəbul edib

Siyasət Materials 13 Aprel 2006 12:41 (UTC +04:00)

Azərbaycan Avstriya ilə ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanın XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Ali Məhkəməsinin sədri Yoxan Reşutla görüşü zamanı bəyan edib. Avstriyalı qonağı səmimiyyətlə salamlayan nazir E. Məmmədyarov Azərbaycan ilə Avstriya arasında siyasi və iqtisadi sahələrdə qarşılıqlı münasibətlərin vacibliyini qeyd edib. Avstriya və Azərbaycan arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinə Azərbaycan tərəfinin böyük önəm verdiyini vurğulayıb. Ali Məhkəmənin sədri cənab Y.Reşut səmimi qəbula görə E. Məmmədyarova öz təşəkkürünü bildirib. Y.Reşut Avstriya məhkəmə sistemi, mövcud problemlər və keçiriləcək islahatlar haqqında cənab E. Məmmədyarova məlumat verib. Avstriyanın Ali Məhkəməsi ilə Azərbaycanın Ali Məhkəməsi arasında təcrübə mübadiləsi aparılmasının vacibliyini qeyd edib. Öz növbəsində, E.Məmmədyarov iki ölkə arasında məhkəmə sistemi
sahəsindəki əməkdaşlığın Azərbaycan üçün də zəruri olduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülh danışıqlarının gedişi barədə də avstriyalı qonağa məlumat verən E. Məmmədyarov, münaqişənin Azərbaycanda istənilən sahənin inkişafına mənfi təsir göstərdiyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti