...

Naxçıvan Muxtar Respublikasında Dövlət Energetika Agentliyi yaradılıb

Siyasət Materials 23 Avqust 2006 19:08 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Dövlət Energetika Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə fərman imzalayıb.

Fərmana əsasən, "Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi haqqında əsasnamə" təsdiq edilib, Dövlət Energetika Agentliyinin strukturu təsdiq edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi aparatı işçilərinin say həddi 27 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti