...

Livan vətəndaşının telefonu tapılıb

Siyasət Materials 25 Avqust 2006 18:43 (UTC +04:00)

Livan vətəndaşının telefonunu oğurlamış Bakı şəhər sakini saxlanılıb. Trend in Azərbaycan DİN-in mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, Ruslan Əhmədov avqustun 24-də zor tətbiq edərək Livan vətəndaşı Vayel Massudun mobil telefonunu əlindən alıb. Hadisə saat 02:00-də İraqın Azərbaycandakı səfirliyi yaxınlığında baş verib.

Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Fövqəladə Polis Rotası və Bakı şəhəri Nəsimi rayonu 22-ci Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində avqustun 25-də oğru yaxalanıb. Fakt üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti