...

Azərbaycan ABŞ-ın İrana qarşı yürüdəcəyi mümkün sanksiyalardan dəyəcək ziyanı minimallaşdırmalıdır

Siyasət Materials 1 Sentyabr 2006 15:28 (UTC +04:00)
Azərbaycan ABŞ-ın İrana qarşı yürüdəcəyi mümkün sanksiyalardan dəyəcək ziyanı minimallaşdırmalıdır

İranda vəziyyətin istənilən surətdə gərginləşməsi bu və ya digər şəkildə bütün qonşu ölkələrə, o cümlədən Azərbaycana öz təsirini göstərəcək. Bu barədə Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev ABŞ-ın İrana qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalar və onların Azərbaycana təsiri haqqında məsələni şərh edərkən eksklüziv olaraq Trend ə bildirib.

Politoloq hesab edir ki, birincisi, Azərbaycana bu sanksiyalardan kənarda qalmaq çətin olacaq, ABŞ isə, şübhəsiz, ya qonşu ölkələrin sanksiya rejiminə qoşulmasını, ya da İranla daha şəffaf münasibətlərin olmasını tələb edəcək. Onun fikrincə, bu vəziyyətdə Azərbaycan iki od arasında qala bilər.

"Azərbaycan ziyanı minimallaşdırmalı və BMT Nizamnaməsi, beynəlxalq və ikitərəfli sazişlər çərçivəsində münaqişədən mümkün olacaq dərəcədə çox uzaqlaşmağa çalışmalı, münasibətlərin həm İran, həm də ABŞ ilə kifayət qədər şəffaf olması üçün səy göstərməlidir", - deyə politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti