...

Baş nazirin müavini: Türkiyə noyabr ayında Azərbaycan qazını qəbul etməyə başlaya bilər

Siyasət Materials 14 Oktyabr 2006 14:26 (UTC +04:00)
Baş nazirin müavini: Türkiyə noyabr ayında Azərbaycan qazını qəbul etməyə başlaya bilər

Türkiyə ərazisində (Ərzurum məntəqəsindən gürcü-türk sərhədinə qədər) Cənubi-Qafqaz qaz kəmərinin tikintisi ilin sonunadək tamamlanacaq. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan baş nazirinin müavini Abid Şərifov Xəzər dəniz gəmiçiliyinin "Dədə Qorqud" yeni neft tankerinin istismara verilməsi ilə bağlı tədbirdə məlumat verib.

"Türkiyə yaxın zamanda qazı qəbul etməyə başlayacaq. Lakin qaz hələ təqdim olunmayan xüsusi şərtlərlə tədarük olunacaq. Şərtlər təzyiq və digər parametrlərə aiddir", - deyə baş nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu məsələ bir ay ərzində həll olunmalıdır. "İlkin razılaşmaya görə Türkiyə tərəfi qazı bu il oktyabrın sonu -noyabrın əvvəlində qəbul edəcək", - deyə A.Şərifov qeyd edib.

Xəbər lenti

Xəbər lenti