...

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinqinə icazə vermədi

Siyasət Materials 26 Oktyabr 2006 19:07 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 28-də keçirməyi planlaşdırdığı yürüş-mitinqinə icazə verməyib. Bu barədə Trend ə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti bu cavabını yürüş-mitinqin keçirilməsi üçün təklif olunan ərazidə hazırda körpülərin tikilməsi və buna görə də orada əhalinin hüquqlarının pozulmaması ilə əlaqələndirib.

M.Cavadoğlu bildirib ki, oktyabrın 27-də bu məsələ partiyada müzakirə ediləcək və yürüş-mitinqin keçirilib-keçirilməyəcəyi barədə qərar çıxarılacaq.

Qeyd edək ki, müxalifətçi Müsavat Partiyası metronun "20 Yanvar" stansiyasından başlayaraq "Qələbə" kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçirməyi planlaşdırırdı.

Xəbər lenti

Xəbər lenti