...

Misir Mərdanov: Vəzifələrinin öhdəsindən gələ bilməyən məktəb direktorları tutduqları vəzifədən azad olunacaq

Siyasət Materials 24 Noyabr 2006 16:35 (UTC +04:00)
Misir Mərdanov: Vəzifələrinin öhdəsindən gələ bilməyən məktəb direktorları tutduqları vəzifədən azad olunacaq

"Vəzifələrinin öhdəsindən gələ bilməyən məktəb direktorları tutduqları vəzifədən azad olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib.

Nazirin sözlərinə görə, Bakının 8 orta məktəb direktoru işində nöqsanlara yol verdiyinə görə artıq vəzifəsindən azad edilib. Müvafiq qərar Təhsil Nazirliyinin Bakı üzrə Təhsil İdarəsi ilə birgə paytaxtın 42 məktəbində apardığı yoxlamalardan sonra qəbul olunub.

Yol verilmiş nöqsanlar arasında dərs prosesinə zəif nəzarət, şagirdlərin davamiyyətinin aşağı səviyyədə olması və digər faktlar var. Nazirlik 7 məktəb direktoruna son xəbərdarlıqla şiddətli töhmət verib. 10 məktəb direktoru isə töhmət və xəbərdarlıq alıb.

"Nazirlik bundan sonra da bu işi davam etdirmək niyyətindədir", - deyə M.Mərdanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti