...

Milli Məclis "Girov haqqında" qanunun qüvvədən düşmüş hesab edib

Siyasət Materials 26 Dekabr 2006 19:40 (UTC +04:00)

Dekabrın 26-da Milli Məclisin növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda Xanlar, Şəmkir və Kürdəmir rayonlarının, eləcə də Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında məsələlər müzakirə olunub və qəbul edilib.

Bundan başqa, iclasda "Əmanətlərin sığortalanması haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "Mənzil fondunun özəlləşdirilməsi haqqında", "İpoteka haqqında" qanunun tətbiq edilməsi ilə əlaqədar olaraq bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və "Girov haqqında" qanunun qüvvədən düşmüş hesab olunması ilə bağlı məsələlər müzakirə olunub və təsdiq edilib.

Eyni zamanda Rəqabət Məcəlləsi müzakirə edilib, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sosial müdafiəyə dair imzalanmış sazişə əlavə və dəyişikliklərin edilməsi təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti