...

"Daşınmaz əmlakın kadastrı haqqında" qanun layihəsi hazırlanacaq

Siyasət Materials 14 Mart 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabah ACDİ/VOCA tərəfindən hayata kecirilən Maliyyə Sektorunun İnkişafı vasitəsilə Kiçik və Orta Sahibkarlığa dəstək Layihəsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) arasında əməkdaşlıq barədə qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir.

Əməkdaşlığın əsas məqsədi Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üzrə xidmət səviyyəsinin artırılması və səmərəliliyin gücləndirilməsi üçün "Daşınmaz əmlakın kadastrı haqqında" qanun layihəsinin hazırlanmasına yardım etməkdir.

Əməkdaşlıq qanun layihəsinin və digər normativ sənədlərin hazırlanması, ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində aparılacaq.

Birinci istiqamət üzrə qeydiyyat təcrübəsində olan problemlərin sistemləşdirilməsi, qüvvədə olan qanunvericiliyin təhlili, qabaqcıl ölkələrin təcrübəsi və müvafiq qanunvericiliyin öyrənilməsi;qanun layihəsinin hazırlanması, yeni qanunla bağlı digər normativ sənədlərin hazırlanması nəzərdə tutulub.

Qarşılıqlı anlaşma memorandumunu ACDİ/VOCA-nın layihə rəhbəri Muhammad Cüneyd və DƏDRX-ın sədri Arif Qaraşov imzalayacaq.

Xəbər lenti

Xəbər lenti