...

Azərbaycan XİN bəyan edib ki, ABŞ-la təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin vaxtı yaxın zamanlarda müəyyən ediləcək

Siyasət Materials 26 Aprel 2007 19:03 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycanın Xarici İşlər Nazirliyi cümə axşamı bəyanat yayıb. Bəyanatda deyilir ki, ABŞ-la təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin vaxtı yaxın zamanlarda müəyyən ediləcək. XİN-in məlumatında bildirilib ki, bu qərar yaranmış anlaşılmazlığın aradan qaldırıması ilə əlaqədar qəbul olunub. Birləşmiş Ştatlar Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycanın suverenliyi və ərazi bütövlyünün dəstəklənməsi ilə bağlı prinsipial mövqeyini təsdiq edib.

Çərşənbə günü ABŞ-ın Dövlət Departamenti Ermənistanda insan haqları üzrə hesabatının ilkin mətnini bərpa edib. "Erməni qüvvələri Azərbaycan ərazisinin Dağlıq Qarabağla həmsərhəd olan böyük hissəsini işğal edib" cümləsi "Ermənistan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal edib" cümləsi ilə əvəz olunub.

Xəbər lenti

Xəbər lenti