...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri: "Rəsul Quliyevin partiyası ilə əməkdaşlıq edəcəyik"

Siyasət Materials 4 May 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) eks-spiker Rəsul Quliyevin partiyası ilə əməkdaşlıq edəcək. Bu barədə AXCP sədri Əli Kərimli açıqlama verib.

Onun sözlərinə görə, Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası ilə artıq ilkin danışıqlar olub.

"Biz Azərbaycanda demokratiyanın inkişafına, insan haqlarının qorunmasına səmimi şəkildə çalışan bütün partiyalarla əməkdaşlığa hazırıq. O cümlədən də Rəsul Quliyevin partiyası ilə əməkdaşlıq edəcəyik. Əməkdaşlığın müxtəlif formaları var və biz bunu müəyyənləşdirəcəyik. Hələlik isə Açıq Cəmiyyət Partiyasının "Azadlıq" blokuna qoşulması məsələsi müzakirə edilmir" - deyə Kərimli qeyd edib. Onun sözlərinə görə, AXCP ilə ACP arasında daha çox ikitərəfli əməkdaşlıq mümkündür.

Xatırladaq ki, Quliyev müxalifətçi Azərbaycan Demokrat Partiyasına sədrlik etdiyi dövrdə bu partiya "Azadlıq" blokunda təmsil olunub. Partiya daxilində yaranan fikir ayrılıqları ilə əlaqədar olaraq ADP-nin "Azadlıq" blokunda fəaliyyəti dayandırılıb. Quliyevin tərəfdarları ADP-dən ayrılaraq Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti