...

Azərbaycanın müxalifət partiyası prezident seçkilərində iştirak edəcək namizədini müəyyən edib

Siyasət Materials 7 May 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Ümid Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın sədri İqbal Ağazadənin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Bu barədə partiyanın sədri İqbal Ağazadə açıqlama verib.

Bazar günü Ümid Partiyasının ikinci qurultayı keçirilib. Qurultayda Ümid Partiyasının qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə iştirak etməsinə dair qərar çıxarıb. Partiyanın namizədi İqbal Ağazadədir.

Qurultayda həmçinin partiyanın rəhbər struktularına seçkilər olub. Ağazadə növbəti dəfə Ümid Partiyasının sədri seçilib. Nəzarət Təftiş Komissiyasına yeddi nəfər, Ali Məclisə 15 nəfər yeni üzv seçilib.

Müxalifəti təmsil edən Ümid Partiyasının sədri Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti