...

Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoruna qarşı yeni ittihamlar irəli sürülüb

Siyasət Materials 17 İyul 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğluna qarşı yeni ittihamlar irəli sürülüb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev Trend ə bildirib ki, Novruzoğluna qarşı Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə iş qaldırılıb.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında Novruzoğlu barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib. Məlumata görə, Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub. Onun barəsindəki cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Xəbər lenti

Xəbər lenti