...

ABŞ-da daha çox müsəlmanlar diskriminasiyaya məruz qalıblar - sorğu

Cəmiyyət Materials 10 Sentyabr 2009 14:14 (UTC +04:00)
Nyu-Yorkdakı ticarət mərkəzinə 11 sentyabr terror hücumundan 8 il keçsə də, amerikalı müsəlmanlar digər dini icmalarla müqayisədə daha çox diskriminasiyaya məruz qalırlar.
ABŞ-da daha çox müsəlmanlar diskriminasiyaya məruz qalıblar  - sorğu

Nyu-Yorkdakı ticarət mərkəzinə 11 sentyabr terror hücumundan 8 il keçsə də, amerikalı müsəlmanlar digər dini icmalarla müqayisədə daha çox diskriminasiyaya məruz qalırlar, Röyter agentliyi məlumat verib.

Çərşənbə günü dərc olunmuş illik məruzədə göstərilir ki, 58% amerikalı indiyədək inanır ki, müsəlmanlar daha çox diskriminasiyaya məruz qalıblar. Rəyi soruşulanların 35%-nin fikrincə, İkinci yerdə yəhudi icması durur.

Sorğunu Pyu din və ictimai həyat araşdırmalar mərkəzi (the Pew Research Center) keçirib.

Sorğuya əsasən, yalnız ABŞ-ın seksual azlıqları ən az diskriminasiyaya məruz qalıblar.

Lakin sorğunun nəticələri göstərib ki, amerikalıların çoxu islamı öyrənir, islama zorakılıq mənbəyi kimi baxan ABŞ vətəndaşlarının sayı isə kəskin azalıb.

2007-ci ildə 45% amerikalı islama zorakılığı təşviq edən din kimi baxırdı, lakin bu il onların sayı 38%-dək azalıb.

İslamın qaydaları ilə tanış olan amerikalıların da sayı çoxalıb. 2002-ci illə müqayisədə müsəlmanların tanrısının Allah, müqəddəs kitabının Quran olduğunu bilən insanların sayı 33%-dən 41%-dək artıb.

Xəbər lenti

Xəbər lenti