...

Jon Vijgen: Bütün dünyada müddəti keçmiş pestisidlərin 60 faizi postsovet ölkələrinin payına düşür

Cəmiyyət Materials 7 Sentyabr 2011 13:00 (UTC +04:00)
Növbəti 10 il ərzində Azərbaycan və digər postsovet ölkələrində müddəti keçmiş pestisidlərin məhv olunması üçün işlər görüləcək.
Jon Vijgen: Bütün dünyada müddəti keçmiş pestisidlərin 60 faizi postsovet ölkələrinin payına düşür

Azərbaycan, Qəbələ, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Növbəti 10 il ərzində Azərbaycan və digər postsovet ölkələrində müddəti keçmiş pestisidlərin məhv olunması üçün işlər görüləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Qəbələdə keçirilən Beynəlxalq Pestisid Forumunda Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının direktoru Jon Vijgen bildirib.

Onun sözlərinə görə, bütün postsovet ölkələrində müddəti keçmiş pestisidlərlə bağlı problemlər mövcuddur.

"Bütün dünyada olan müddəti keçmiş pestisidlərin 60 faizi məhz postvsovet ölkələrinin payına düşür", - o qeyd edib.

Vijgenin sözlərinə görə, postsovet ölkələrində bu problemin aradan qaldırılması üçün xüsusi layihələr var.

Sentyabrın 7-9-da Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu keçirilir. Tədbirdə 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edir. Forum davamlı üzvi çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq.

Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (İHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin
(UBA) dəstəyi ilə keçirilir.

11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT-ləri, elmi və özəl sektoru bir araya gətirib.

Xəbər lenti

Xəbər lenti