...

“Regional” televiziya 5 yaşını qeyd edir (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2012 13:27 (UTC +04:00)
Trend-in məlumatına görə, RTV 2007-ci il noyabrın 15-də fəaliyyətə başlayıb. Azərbaycanın şimal regionunu əhatə edən televiziya Xaçmaz rayonundan yayımlanır.
“Regional” televiziya 5 yaşını qeyd edir (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Bu gün "Regional" televiziyanın yaranmasından 5 il ötür.

Trend-in məlumatına görə, RTV 2007-ci il noyabrın 15-də fəaliyyətə başlayıb. Azərbaycanın şimal regionunu əhatə edən televiziya Xaçmaz rayonundan yayımlanır. Analoq yayımı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonları və Sumqayıtın H.Z.Tağıyev qəsəbəsini əhatə edir.

Televiziya 2011-ci ildən etibarən www.regionaltv.az saytında canlı yayımlanır. RTV-də həftəlik yayım həcmi 126 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30%-i isə ödəniş əsasında, müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün "Regional" televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 veriliş yayımlanır. Kanal hər səhər saat 07:30-da efirə "Gün başladı" verilişi ilə start verir. Efir müddəti 3 saat olan bu veriliş regional televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Televiziya 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib.

Gün ərzində 4 dəfə canlı yayımlanan "Xəbər vaxtı" informasiya buraxılışı "yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına" görə, "Media Açarı 2010" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti