...

Azərbaycanda dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil xərclərinin tərkibində onlara verilən təqaüd nəzərə alınmayacaq

Cəmiyyət Materials 21 Noyabr 2012 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il yanvarın 1-dən Azərbaycanda dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin tərkibində tələbələrə verilən təqaüdün məbləği nəzərə alınmayacaq.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, dövlət sifarişi ilə təhsil alan tələbələrin faktiki aylıq təqaüd xərclərinin ödənilməsi dövlət sifarişində iştirak edən ali təhsil müəssisələri tərəfindən hər tədris semestrinin əvvəlində təqaüdün məbləğləri barədə Təhsil Nazirliyinə təqdim edilmiş məlumatlar və hesablamalar əsasında həyata keçiriləcək.

Bununla əlaqədar Nazirlər Kabineti "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" və "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nı yeni redaksiyada təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti