...

AMEA elmi qurumlarının direktor vəzifələrinə seçkilərin keçirilməsi üçün sənəd qəbuluna başladı

Cəmiyyət Materials 27 Yanvar 2014 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 23 elmi qurumuna direktor seçkiləri keçiriləcək.

Trend Akademiyanın rəsmi saytına istinadən bildirir ki, AMEA Rəyasət Heyəti Akademiyanın 36 elmi tədqiqat müəssisəsindən 23-nə direktor seçkiləri elan edir. Seçkilər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə - Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Kibernetika İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Kimya Elmləri Bölməsi üzrə - Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu, Yer Elmləri Bölməsi üzrə- Geologiya İnstitutu, Coğrafiya İnstitutu, Biologiya və Tibb Elmləri Bölməsi üzrə - Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Aqrar Elmlər Bölməsi üzrə - Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Eroziya və Suvarma İnstitutu, Humanitar və İctimai Elmlər Bölməsi üzrə - Şərqşünaslıq İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Əlyazmalar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi üzrə aparılacaq.

Namizədlərin irəli sürülməsinə dair sənədlər 1 ay müddətində AMEA-nın müvafiq elmi bölmələrinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti