...

Bakıda "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma" konfransı öz işinə başlayıb

Cəmiyyət Materials 4 İyul 2014 13:17 (UTC +04:00)
Bu gün Bakıda “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma” konfransı öz işinə başlayıb.
Bakıda "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma" konfransı öz işinə başlayıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma" konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, iki gün davam edəcək konfransda "Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması" mövzusu müzakirə olunub.

Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Avropa Şurasının tərkibində böyük beynəlxalq tədbirlərin keçirilməsində və mövqeyimizin düzgün işıqlandırılmasında əsas tərəfdaş olub: "2008-ci ildə təşəbbüs irəli sürüldü ki, Azərbaycanda mədəniyyət nazirlərinin konfransı keçirilsin. Ölkəmizin rəhbərlik etdiyi bu toplantıya qonşu ölkələrin mədəniyyət nazirləri də dəvət olundu. Qeyd edim ki, bu toplantıdan sonra beynəlxalq mədəniyyətlərarası dialoq forumuna çevrilmiş böyük komitə yarandı. Artıq bu komitə daim Avropa İttifaqı tərəfindən dəstəklənir".

Nazir qeyd edib ki, bugünkü konfrans olduqca maraqlı mövzuya həsr olunub: "Biz XXI əsrdə tamamilə yeni mədəni məkandan - rəqəmsallaşan bir məkandan istifadə edirik. Bu məkanla bağlı heç kəs və ayrı-ayrı hökumətlər tərəfindən idarə oluna bilməyəcək bir mədəniyyət mövzusunu müzakirə edirik. İnternetin daxilində olan proseslər sözsüz ki, bu gün böyük bir auditoriyaya da təsir edir. Biz fəxr edirik ki, bu gün tam sərbəst hakimiyyətə malikik. Bu sərbəstlik nəticəsində biz vahid məkan olan internet məkanından sərbəst istifadə edə bilirik. Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə "Gomap" sistemi hazırlanıb. Gündəlik olaraq 12 min insan bu sistemə daxil olaraq, tarixi məkanlar və ünvanlar barədə axtarışlar apara bilir. Biz Azərbaycan kitabxana şəbəkəsinin portalını yaratmışıq. 26 portal üzərində hazırda işlər aparılır".

Ə.Qarayev vurğulayıb ki, mədəniyyət və turizm sahəsində çalışan şəxslərin yaxşı xətti, yüksək təhsil səviyyəsi əsas amillər kimi götürülür: "İşçilərimizin təxminən 60 faizindən çoxunun təhsil alma və püxtələşmə dövrü internetdən əvvəlki dövrə təsadüf edir. Odur ki, bu məsələlərlə bağlı daha qətiyyətli və müasir texnologiyalardan istifadə olunarsa, mühüm nəticələr əldə edə bilərik. Digər tərəfdən, bu sahədə gedən proseslər gündəlik işlərini internet vasitəsi ilə həll edən gənc auditoriyanı da maraqlandıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti