...

Təhsil Nazirliyi Azərbaycanda dərs ilinin müddətinin uzadılması ilə bağlı meyarları açıqladı

Cəmiyyət Materials 2 Dekabr 2014 15:11 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda dərs ilinin müddətinin uzadılması ilə bağlı bəzi tapşırıqlarını verib.
Təhsil Nazirliyi Azərbaycanda dərs ilinin müddətinin uzadılması ilə bağlı meyarları açıqladı

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda dərs ilinin müddətinin uzadılması ilə bağlı bəzi tapşırıqlarını verib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə əlaqədar tədris həftələrinin sayı 5 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,4-ə (ibtidai siniflərdə 33,4-ə), 6 günlük iş rejimi tətbiq olunan məktəblərdə isə 34,8-ə çatdırılıb.

M.Cabbarovun Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edəcək.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

Tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub həyata keçirildiyini nəzərə alaraq, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.

Nazir Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Azərbaycan Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işlərinin aparılmasını təmin etməyi tapşırıb.

Məktəbəqədər və ümumi təhsil şöbəsi isə ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etməlidir.

Tədris resursları şöbəsi isə qeyd olunan dəyişiklikləri dərslik hazırlığı ilə bağlı məsələlərin həllində nəzərə almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti