...

Şəmkirə yeni polis rəisi təyin olunub

Cəmiyyət Materials 4 May 2015 12:16 (UTC +04:00)
Şəmkir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Şəmkirə yeni polis rəisi təyin olunub

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Şəmkir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb.

Cəmil Əmirov bundan əvvəl Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

Faktı DİN-in mətbuat xidməti də təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti