...

Nazir müavini: Meyit orqanlarının transplantasiyası etik məsələdir

Cəmiyyət Materials 8 Sentyabr 2016 13:14 (UTC +04:00)
Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var.
Nazir müavini: Meyit orqanlarının transplantasiyası etik məsələdir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik olmalıdır.

E.Ağayev əlavə edib ki, meyit orqanlarının transplantasiyası həm də etik bir məsələdir: “Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin etik normaları var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi gələcəyin işidir”.

O bildirib ki, bu gün Azərbaycanda xəstəxanalarımızda orqan transplantasiyası əməliyyatları keçirilir: "Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür. Bu sahə daha da inkişaf etdirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti