...

Nyu-York-Bakı reysini həyata keçirən təyyarə məcburi eniş edib

Cəmiyyət Materials 10 Noyabr 2019 11:16 (UTC +04:00)
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Nyu-York-Bakı reysini həyata keçirən təyyarə Gəncə hava limanında məcburi eniş edib
Nyu-York-Bakı reysini həyata keçirən təyyarə məcburi eniş edib

Bakı, Trend:

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Nyu-York-Bakı reysini həyata keçirən təyyarə Gəncə hava limanında məcburi eniş edib.

Trend-in məlumatına görə, "Boeing 787 Dreamliner" təyyarəsi yerli vaxtla saat 07: 33-də Gəncə hava limanına uğurlu şəkildə eniş edib xəsarət alan olmayıb. Sərnişinlər hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin ediliblər.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Bakı vaxtı ilə saat 10:01-də Gəncədən Bakıya uçub və saat 10:37-də artıq Bakıda enmişdir.

Qeyd edək ki, güclü duman səbəbinə görə Heydər Əliyev Beynəlxalq Hava Limanında bəzi uçuş gecikmələrinə səbəb olub. Hal hazırda Bakı hava limanı normal rejimdə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti