Bakı.İlhamə İsabalayeva - Trend:
Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, son günlərdə qeydə alınan yoluxma sayı sürətlə artır: "Təhsil sistemi 2 milyona yaxın təhsilalanı özündə təmsil edir. Bu təhsilalanların məktəbə getməsi yoluxma hallarının sayının artmasına təkan verə bilər".
E.Əmrullayev əlavə edib ki, son günlər ərzində koronavirusa görə bağlanan məktəblərin sayı çoxalıb.