...

Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsinə yol verilməyəcək

Cəmiyyət Materials 23 Fevral 2021 15:56 (UTC +04:00)
Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsinə yol verilməyəcək

Bakı. Elçin Mehdiyev – Trend:

“Əmək Məcəlləsinə” edilən dəyişikliklər qeyri-formal məşğulluğa qarşı mübarizəni daha da gücləndirmək və qeydiyyata alınmayan əmək münasibətlərini rəsmilləşdirmək məqsədi daışıyır.

Trend-in məlumatına görə, bunu Milli Məclisinin bu gün keçirilən plenar iclasında dəyişiklikləri təqdim edən Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab edir.

V.Bayramov bildirib ki, dəyişiklik, həmçinin əmək münasibətlərini anlayışının təqdimatını özündə nəzərdə tutub. Dəyişikliklərə görə, əmək münasibətləri əmək qanunvericliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti