Bakı. Trend:
Azərbaycanda transplantasiya ilə bağlı Koordinasiya Mərkəzi
yaradılıb.
Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev
jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hazırda mərkəzdə quruculuq işləri gedir: “Yaxın dövrdə həmin mərkəzin açılışı olacaq”, - deyə T.Musayev əlavə edib.