...

Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb - Dövlət Agentliyi

Cəmiyyət Materials 28 Sentyabr 2022 12:27 (UTC +04:00)
Qazilərlə bağlı koordinasiya mərkəzi yaradılıb - Dövlət Agentliyi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Quba. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Vətən müharibəsində, eləcə də erməni təxribatlarının qarşısını alarkən yaralanan qazilərə yardım edilməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb.

Trend-in məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departament rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, rayon mərkəzi xəstəxanalarında o bölgədəki qazilərin sayına görə koordinatorlar işə götürülüb:

"Qazilər növbədənkənar qəbul edilib, xidmət göstərilir. Onlar əgər müayinə və müalicənin özəl xəstəxanalarda aparılmasını istəyirsə, onlara göndəriş verilir. Həmçinin müalicəsi rayonda mümkün olmadıqda, həmin şəxslər Bakıya yönləndirilir".

H.İbrahimli bildirib ki, müharibə iştirakçılarına yardım göstərilməsi üçün ayrıca psixoloq ştatı yaradılıb və onlara psixoloji xidmət göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti