...

Alternativ ictimai nəqliyyatın yaradılması müzakirə olunur - Rəhman Hümmətov

Cəmiyyət Materials 16 İyun 2023 13:19 (UTC +04:00)
Alternativ ictimai nəqliyyatın yaradılması müzakirə olunur - Rəhman Hümmətov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Alternativ ictimai nəqliyyatın yaradılması müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, ictimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. “İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”, - deyə o əlavə edib.

R.Hümmətov həmçinin əlavə edib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişkiliyin əsas məqsədi vətəndaşların hüquqlarının qorunmasıdır:

"Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də nazirliyin fəaliyyətində var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti