...

Bakıda ictimai nəqliyyatın əsas problemləri: avtobusların yarısı niyə qarajlarda qalıb?

Cəmiyyət Materials 12 Mart 2024 12:36 (UTC +04:00)
Bakıda ictimai nəqliyyatın əsas problemləri: avtobusların yarısı niyə qarajlarda qalıb?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ictimai nəqliyyatda mövcud olan problemlər hər zaman əhalini narahat edib. Avtobus çatışmazlığı, avtobusların köhnə olması, bir sıra ərazilərə marşrutların işləməməsi, metro va avtobuslarda əhali sıxlığlı, avtobus intervallarının çox olması və s. kimi problemlər mövcuddur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, ictimai Bakıda nəqliyyatda çatışmazlıqlar mövcuddur.

“Misal üçün Bakıda metronun 27 stansiyası var. Bakı kimi başqa şəhərləri müzakirə edəndə görürük ki, metronun sayı 10 dəfə azdır. Faktiki olaraq əhalisi 3-4 milyon olan şəhərlərdə metro stansiyalarının sayı 250-300 arasıdır.

Avtobusların sayına gəlincə isə, cəmi 2 min civarında avtobus var. Bakının ictimai nəqliyyatı bununla da bitir. Ona görə də Bakıda ictimai nəqliyyat pis vəziyyətdədir. Bundan əlavə, əhalinin ictimai nəqliyyatdan istifadə səviyyəsi aşağıdır. İctimai nəqliyyat elə olmalıdır ki, əhalinin daşınmasında 50 faizə qədər yer tutsun, amma bu gün Bakıda ictimai nəqliyyatın payı 25 faiz civarındadır. Ona görə də vəziyyət belədir. Səbəb də odur ki, avtobus çatışmır”, - deyə o, əlavə edib.

Onun sözlərinə görə, avtobus ona görə çatışmır ki, almaq istəyən yoxdur.

“Çünki bu fəaliyyət rentabelli deyil, biznes üçün maraqlı deyil. 2015-ci ildə Bakıya dünyanın ən bahalı avtobuslarını alıb gətirdilər. 5 ildən sonra həmin avtobuslar texniki baxımdan sıradan çıxmağa başlayanda onları təmir etməyə pul tapılmadı. İndi həmin avtobusların yarısı yararsız vəziyyətdə qarajlarda qalıb və təmir etməyə pul tapılmır. Bunun əvəzinə daha ucuz qiymətə, təmiri daha asan və ucuz olan çox sayda avtobus almaq olardı ”, - deyə ekspert vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti