...

İmişlidə pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 20 Mart 2024 21:11 (UTC +04:00)

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti