...

ELS VAN BREDA VRİSMAN: "AZƏRBAYCAN OTÜSTÜ XOKKEY ÜZRƏ REGİONAL MƏRKƏZƏ ÇEVRİLƏ BİLƏR"

Cəmiyyət Materials 5 Sentyabr 2005 21:26 (UTC +04:00)

"Azərbaycan otüstü xokkey üzrə regional mərkəzə çevrilə bilər". Bu barədə Bakıda "Trophy Cup" oyununun başlanmasına həsr olunmuş mətbuat konfransında Beynəlxalq Federasiyanın prezidenti Els Van Breda Vrisman bəyan edib.

Trend bildirir ki, təşkilatın başçısı Azərbaycanın xokkeyin inkişaf etdiyi əsas ölkələrdən birinə çevrilməsi üçün mühüm bazaya malik olduğunu qeyd edib. "Sizin çox yaxşı komandanız var və mən onun uğurları ilə ürəkdən sevinirəm.

Bundan əlavə Xokkey kompleksi imkan verir ki, hər il məşqlər və yığmaların yarışları keçirilsin, turnirlər təşkil edilsin, bunlar gələcəkdə nəticələr əldə olunması üçün çox vacibdir" - deyə Vrisman bildirib.

Onun sözlərinə görə, meydan sahibləri müsabiqənin favoritlərindən biridir və onlar turnirin növbəti raunduna düşə və ilk yerlər uğrunda mübarizə apara bilər.

Xəbər lenti

Xəbər lenti