...

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri sabiq səhiyyə naziri ilə görüşüb

Cəmiyyət Materials 2 İyul 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb. Behbudov bazar ertəsi Trend ə bildirib ki, 1 saylı istintaq təcridxanasında saxlanılan İnsanov səhhətindən şikayət edib. Sabiq nazir onurğasında mütəmadi ağrıların baş verdiyini deyib. O, müalicə müəssisəsinə köçürülməsi barədə dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsə də, onun stasionar müalicəyə ehtiyacı olmadığı bildirilib.

Behbudov İnsanovun müalicə müəssisəsinə köçürülməsi , lazımi müalicə alması üçün prezidentə müraciət edəcəyini deyib.

İyulun 3-də isə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə İnsanov barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçiriləcək. Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti