...

AFFA futbol oyunlarına biletlərin onlayn satışına başlayır

İdman Materials 18 Mart 2012 13:25 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol oyunlarına biletlərin onlayn satışını təşkil etmək üçün FIFA-nın elektron ticarət sisteminin inteqrasiyası üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü Trend-ə AFFA-nın marketinq və reklam departamentinin direktoru Cavid Qarayev bildirib.
AFFA futbol oyunlarına biletlərin onlayn satışına başlayır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol oyunlarına biletlərin onlayn satışını təşkil etmək üçün FIFA-nın elektron ticarət sisteminin inteqrasiyası üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü Trend-ə AFFA-nın marketinq və reklam departamentinin direktoru Cavid Qarayev bildirib.

FIFA-nın elektron ticarət sistemi qlobal xarakter daşıyır və bir çox ölkələrdə tətbiq edilir.

Qarayevin sözlərinə görə, martın 19-da sistem rəsmən təqdim ediləcək. Biletlərin onlayn satışı AFFA-nın korporativ saytında mümkün olacaq.

Alıcılar biletlərin alışını, ilk növbədə, "VISA International" elektron bank kartlarından istifadə etməklə ödəyə biləcəklər. Belə ki, bu ödəmə sistemi FIFA-nın baş sponsorudur, 15 gündən sonra isə bilet alışının ödənişini "MasterCard" kartları vasitəsilə həyata keçirmək mümkün olacaq.

Qeyd edək ki, yeni sistemin üstünlüyü fərdi biletlərin əldə olunması imkanıdır. Alıcılar əvvəlcədən stadionun tribunasının bütün sektorlarından görünüş rakursuna baxmaqla öz istəklərinə uyğun olaraq tribunada yer seçə bilərlər.

Xəbər lenti

Xəbər lenti